Bank Of Baku

Bərdə Mərkəzi Rayon Xəstəxanası yenidən qurularaq istifadəyə verilib

Bərdə Mərkəzi Rayon Xəstəxanası yenidən qurularaq istifadəyə verilib
# 01 iyun 2011 14:03 (UTC +04:00)
Bərdə. Teymur Zahidoğlu - APA. Bərdə Mərkəzi Rayon Xəstəxanasının əsas binası yenidən qurularaq istifadəyə verilib. Ötən əsrin 70-ci illərində tikilən xəstəxana 111 çarpayılıqdır. Tikinti işləri regionların inkişafı üzrə dövlət proqrammı çərçivəsində həyat keçirilib. APA-nın Qarabağ bürosunun məlumatına görə, binanın açılışında səhiyyə naziri Oqtay Şirəliyev də iştirak edib. Xəstəxananın bütün şöbələrinə baş çəkən nazir yaradılmış şəraitdən razı qaldığını deyib. Qeyd edilib ki, məcburi köçkünlərin ən çox məskunlaşdığı rayonlardan biri olan Bərdədə səhiyyə xidmətləri artıq ən müasir avadanlıqlarla aparılacaq. Bunun üçün cərrahiyyə, travmatologiya, reanimasiya, endokrinologiya, kardiologiya və intensiv terapiya və doğum şöbələrinə xaricdə istehsal olunan müasir avadanlıqlar gətirilərək quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR