Bank Of Baku

Dövlət Əmək Müfəttişliyi: Azərbaycanda hər ay 300-400 müəssisə işçilərini yeni icbari sığorta növü üzrə sığortalayır

Dövlət Əmək Müfəttişliyi: Azərbaycanda hər ay 300-400 müəssisə işçilərini yeni icbari sığorta növü üzrə sığortalayır
# 01 iyun 2011 14:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda hər ay 300-400 müəssisə və təşkilat öz işçilərini «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növü üzrə sığortalayır. Bunu «APA-Economics»ə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyinin rəis müavini Məhərrəm Məhərov bildirib.

M.Məhərovun sözlərinə görə, ilin əvvəlindən indiyədək bu sığorta növü üzrə müqavilə bağlayan müəssisə və təşkilatların sayı durmadan artır: «Yaxın günlərdə ölkənin ən iri tikinti şirkətlərindən olan «Akkord» Şirkətlər Qrupu da öz işçilərini bu sığorta növü üzrə sığortalayacaq. Hazırda şirkət işçi siyahısını tərtib edir. Ümumiyyətlə, Dövlət Əmək Müfəttişliyi bu sahədə müəssisə və təşkilatların rəhbərlərinin maarifləndirməsi, həmçinin bu sığorta növünün təbliğatı və təşviqatı işlərini intensiv şəkildə davam etdirir».

Qeyd edək ki, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, artıq ölkə üzrə 100 mindən çox işçi bu sığorta növü üzrə sığortalanıb.

Xatırladaq ki, «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» qanun 2010-cu ilin iyul ayının 3-də qüvvəyə minib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR