Bank Of Baku

Ali məktəblərə qəbul imtahanlarında iştirak üçün ərizə qəbulu başa çatıb

Ali məktəblərə qəbul imtahanlarında iştirak üçün ərizə qəbulu başa çatıb
# 01 iyun 2011 14:49 (UTC +04:00)
Bakı. Sevil Valehova-APA. 2011/2012-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin ərizələrinin qəbulu başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər aprelin 20-dən mayın 31-dək (saat 17:00-dək) internet vasitəsilə elektron ərizə doldurub və aprelin 27-dən iyunun 1-dək müvafiq sənəd qəbulu komissiyasına tələb olunan sənədləri təqdim etməklə ərizələrini təsdiq etdiriblər.

Ərizələrin Sənəd Qəbulu Komissiyasında təsdiqi üçün nəzərdə tutulmuş son müddət mayın 31-də başa çatmalı olsa da, TQDK rəhbərliyi elektron ərizə doldurub, lakin SQK-da təsdiq etdirməmiş abituriyentlərin olduğunu nəzərə alıb, ərizələrin qəbulunu 1 iyun 2011-ci il saat 17:00-dək uzadılması barədə qərar qəbul edib.

İlkin statistik məlumatlara əsasən Sənəd Qəbulu Komissiyalarında 110426 abituriyent elektron ərizəsini təsdiq etdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR