Bank Of Baku

Şirvanşahlar Sarayı Kompleksində “Xoşbəxt nəsil” adlı ədəbi-musiqili sərgi keçirilib - FOTO

Şirvanşahlar Sarayı Kompleksində “Xoşbəxt nəsil” adlı ədəbi-musiqili sərgi keçirilib - <font color=red>FOTO</font>
# 01 iyun 2011 15:12 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Şirvanşahlar Sarayı Kompleksində “Xoşbəxt nəsil” adlı ədəbi-musiqili sərgi keçirilib. APA-nın məlumatına görə, kompleksin həyətlərində təşkil olunan sərgidə DA-ART Təsviri İncəsənət Mərkəzinin üzvləri olan uşaqların çəkdikləri 200-ə yaxın müxtəlif mövzulu rəsm əsərləri nümayiş etdirilib. Sərgi Azərbaycan Dövlət Uşaq Filarmoniyası, M. Maqomayev adına 26 saylı Uşaq Musiqi Məktəbi, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdlərinin ifasında konsert proqramı ilə müşaiyət olunub.
Saray Kompleksinin direktoru Rəna Rzayeva bildirib ki, il ərzində Şirvanşahlar Sarayını 12 mindən çox uşaq ziyarət edir. Bu uşaqlara Şirvanşahlar Sarayı haqqında məlumatlar verilir, onların intellektual səviyyələrini artırmaq üçün müxtəlif oyunlar keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR