Bank Of Baku

Yeyinti məhsullarına gigiyenik sertifikatın verilməsinə görə dövlət rüsumu ödəniləcək

Yeyinti məhsullarına gigiyenik sertifikatın verilməsinə görə dövlət rüsumu ödəniləcək
# 01 iyun 2011 16:41 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycan Nazirlər Kabineti "Yeyinti məhsullarının dövlət gigiyena qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları"nda dəyişikliklər edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Dəyişikliyə əsasən gigiyenik sertifikatın verilməsinə görə dövlət rüsumu ödənilməlidir.

Başqa bir dəyişikliklə, yeyinti məhsullarının dövlət gigiyena qeydiyyatına alınması üçün hüquqi və fiziki şəxslər tərəfindən təqdim olunacaq sənədlər sırasına gigiyenik sertifikatın verilməsinə görə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd də əlavə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR