Bank Of Baku

Azərbaycanın orta məktəblərində buraxılış imtahanlarının keçirilməsinə başlanılıb

Azərbaycanın orta məktəblərində buraxılış imtahanlarının keçirilməsinə başlanılıb
# 02 iyun 2011 08:47 (UTC +04:00)
Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ilk imtahan bu gün Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Beyləqan, İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayıl rayonlarının orta məktəblərində keçirilir. 11-ci sinif şagirdləri üçün imtahan saat 10.00-da başlayıb və 3 saat davam edəcək. 9-cu sinif şagirdləri üçün isə saat 15.00-da başlayacaq və 1 saat yarım çəkəcək.
İmtahanlar iyun 4-də Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonları, iyunun 7-də Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonları, iyunun 10-da Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonları, iyunun 13-də Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlax rayonları, iyunun 16-da Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonları üzrə keçiriləcək.
Son buraxılış imtahanı İyunun 17-də Bakıda baş tutacaq.
Qeyd edək ki, məcburi köçkün rayonlarının işğal altında olan ərazilərinə aid ümumtəhsil məktəblərində buraxılış imtahanı onların məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün müəyyənləşdirilmiş tarixdə olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR