Bank Of Baku

Heydər Əliyev Sarayında uşaqlar üçün xeyriyyə konserti keçirilib - FOTO

Heydər Əliyev Sarayında uşaqlar üçün xeyriyyə konserti keçirilib - <font color=red>FOTO</font>
# 02 iyun 2011 09:23 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Heydər Əliyev Sarayının təşəbbüsü və təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş xeyriyyə konserti keçirilib.
Sarayın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konsert proqramından əvvəl səhnədə quraşdırılmış LED ekranlarda uşaqlar üçün cizgi filmləri nümayiş etdirilib. “Çiçəyim” uşaq teatrının iştirakı ilə “Qoğalın sərgüzəştləri” adlı musiqili – tamaşa nümayiş olunub. Xeyriyyə konsertinə Heydər Əliyev Sarayı tərəfindən Beynəlxalq Əlillər Dünyası İctimai Birliyi, “Himayə” Uşaq İctimai Birliyi, Uşaqların Sağlam Gələcəyi İctimai Birliyi, UAFA təşkilatı, “Dirçəliş” gənclərin sosial-psixioloji reabilitasiya mərkəzi və Maştağa qəsəbəsində yerləşən 1 saylı İnternat evindən olan kimsəsiz, əlil, fiziki qüsurlu, valideyn himayəsindən məhrum olmuş uşaqlar dəvət olunub.

Tədbir uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR