Bank Of Baku

Səhiyyə mütəxəssislərinin sertifikasiyası prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb

Səhiyyə mütəxəssislərinin sertifikasiyası prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb
# 02 iyun 2011 09:46 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA. Səhiyyə Nazirliyi yoluxucu xəstəliklər və stomatologiya ixtisasları üzrə səhiyyə mütəxəssislərinin sertifikasiyası prosesinin növbəti imtahanlarının nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahanlarda 99 həkim iştirak edib. Onlardan 88 nəfəri müsbət nəticələr toplayıb. 1 həkim 100 bal toplayaraq ən yüksək nəticəni göstərib. 11 nəfər isə imtahandan keçə bilməyib.

Növbəti test imtahanları iyunun 8-də endikrinologiya və məhkəmə tibbi ekspertizası üzrə keçiriləcək.

Qeyd edək ki, səhiyyə mütəxəssisləri üçün iyul ayında keçiriləcək fizioterapiya, pediatriya, mikrobiologiya, şüa diaqnostikası, kardiologiya, revmatologiya, nevrologiya və mamalıq-ginekologiya ixtisasları üzrə əsas test imtahanlarından öncə iyun ayında sınaq test imtahanları keçiriləcək. Sınaq test imtahanları iyunun 3, 6, 10, 13, 17, 20, 24 və 27-də Səhiyyə Nazirliyinin Elmi-Tibbi Kitabxanasının binasında baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR