Bank Of Baku

BMT-nin hesabatında Azərbaycanın adı HİV/AİDS virusuna yoluxmanın ən aşağı səviyyədə olduğu ölkələr siyahısına daxil edilib

BMT-nin hesabatında Azərbaycanın adı HİV/AİDS virusuna yoluxmanın ən aşağı səviyyədə olduğu ölkələr siyahısına daxil edilib
# 02 iyun 2011 10:04 (UTC +04:00)
APA-nın məlumatına görə, bu rəqəm “Böhran şəraitində imkanlar: yeniyetməlik yaşından gənclik yaşınadək HİV-in profilaktikası” adlı hesabatda öz əksini tapıb. Hesabat BMT Uşaq Fondu, BMT-nin HİV-AİDS üzrə Birgə Proqramı, UNESKO, Beynəlxalq Əmək Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı və Dünya bankı tərəfindən hazırlanıb.
Hesabat müəllifləri qeyd edir ki, hər il bu təhlükəli virusa yoluxanların sayı 2500 nəfər artsa da, ümumilikdə gənclər arasında bu xəstəliyin yayılması səviyyəsi xeyli azalıb. Sənəddə bildirilir ki, gənc qadın və qızlar bu virusa bir sıra səbəblərdən yoluxur. Bu vəziyyət Azərbaycanda da müşahidə olunur. Hər il bu virusa yoluxanların 500 nəfərini 10-19 yaşlı yeniyetmə qızlar, 100 nəfərini eyni yaşlı oğlanlar, 1000 nəfərin 15-24 yaşlı qızlar təşkil edir. Eyni yaş qrupuna daxil olan olan oğlanlar arasında AİDS-ə yolixma səviyyəsi iki dəfə aşağıdır.

Qeyd edək ki, 2009-cu ilin hesabatına görə, bu günədək Azərbaycanda 2264 virus daşıyıcısı aşkarlanıb. Azərbaycanda bu hesabatda AİDS-in çox az yayıldığı “L” qrupuna daxil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR