Bank Of Baku

SAM 2003-2011-ci illərdə Azərbaycanın sosial-iqtisadi inkişafına dair hesabat hazırlayıb

SAM 2003-2011-ci illərdə Azərbaycanın sosial-iqtisadi inkişafına dair hesabat hazırlayıb
# 02 iyun 2011 10:21 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) İqtisadiyyatın təhlili və qloballaşma məsələləri üzrə ekspert qrupunun şərhi əsasında “2003-2011-ci illərdə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı” mövzusuna dair hesabat hazırlanıb. SAM-dan APA-ya verilən məlumata görə, hesabatda ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların iqtisadiyyat üçün müsbət nəticələri təhlil edilib. Hesabat 6 hissədən ibarətdir: real, fiskal, monetar sektor, tədiyyə balansı, hökumətin anti-böhran tədbirləri və sosial sahələrin inkişafı. Hesabatın real sektor bölməsində hökumətin sənaye, kənd təsərrüfatı, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları və tikinti sahələrindəki uğurları öz əksini tapıb. Fiskal sektor iki hissədən ibarətdir: dövlət büdcəsi və Dövlət Neft Fondu.
Həmçinin, hesabatda Azərbaycanın əldə etdiyi uğurların beynəlxalq hesabatlardakı nəticələrinə də yer ayrılıb. Bildirilib ki, Azərbaycan Dünya İqtisadi Forumunun hazırladığı “Qlobal rəqabətlilik 2010-2011 hesabatında” 57-ci yeri, Makroiqtisadi sabitlik göstəricisinə görə isə bütün MDB ölkələrini qabaqlayaraq 13-cü yerdə qərarlaşıb.
Qeyd olunub ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının “Doing Business 2011: “Sahibkarlıq üçün şəraitin yaxşılaşdırılması” birgə hesabatının nəticələrinə əsasən, sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait reytinqində 183 ölkə arasında Azərbaycan 54-cü yeri tutub. 2005-2010-cu illər ərzində Azərbaycan insan inkişafı sahəsində ən sürətli irəliləyişə nail olmuş və 101-ci yerdən “Human Development İndex 2011” hesabatında 67-ci pilləyə qədər qalxıb. 2003-2010-cu illərdə ÜDM real ifadədə 3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2 dəfə, dövlət büdcəsinin gəlirləri 9.3 dəfə, əsas kapitala yönəldilən investisiyaların həcmi 2.9 dəfə, xarici ticarət dövriyyəsi 5.4 dəfə, strateji valyuta ehtiyatları 19 dəfə artıb. Tədiyyə balansının cari əməliyyatlar balansında 2010-cu ildə yaranan müsbət saldonun həcmi 2005-ci illə müqayisədə 90 dəfə artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR