Bank Of Baku

TQDK növbəti sınaq imtahanlarının nəticələrini açıqlayıb

TQDK növbəti sınaq imtahanlarının nəticələrini açıqlayıb
# 02 iyun 2011 11:20 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə mayın 29-da keçirdiyi sınaq imtahanlarının nəticələrini açıqlayıb. TQDK-nın mətbuat katibi Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, bu imtahanda 31 mindən çox abituriyent iştirak edib. İmtahanın nəticələri TQDK-nın rəsmi saytında yerləşdirilib.
İmtahan Bakı, Naxçıvan, Sumqayıt, Gəncə şəhərlərində, Qazax, Ağstafa, Qobustan, Göygöl, Samux, Şəki, Oğuz, Kürdəmir, İmişli, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Quba, Şabran və Siyəzən rayonlarında, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 44 binada keçirilib. Növbəti – sonuncu sınaq imtahanı iyunun 5-də olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR