Bank Of Baku

Azərbaycanın Milli Qəhrəmanına həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib

Azərbaycanın Milli Qəhrəmanına həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib
# 02 iyun 2011 12:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatında Azərbaycanın Milli Qəhrəmanı Fazil Mehdiyevə həsr olunmuş “Fazilin Allah dərgahına gedən ömür yolu” kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, kitabın müəllif Elbrus Şahmardır. Tədbirdə Fazil Mehdiyevin dostu olmuş şair Qulu Ağsəs onun həyatından danışıb, dostunun Vətən uğrunda qəhrəmancasına həlak olduğunu bildirib.
YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov, millət vəkili Aqil Abbas, tədbirin təşkilatçısı, “Milli Qəhrəmanlar” qəzetinin baş redaktoru Mirbəşir Seyidzadə və başqaları çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR