Bank Of Baku

Misir Mərdanov Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb

Misir Mərdanov Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb
# 02 iyun 2011 12:27 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA. Təhsil naziri Misir Mərdanov bu gün Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko ilə görüşüb. Bu haqda APA-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib. Görüşdə M. Mərdanov Azərbaycanla Ukrayna arasında səmərəli əlaqələrin mövcudluğunu və təhsil sahəsinin bu əlaqələrdə xüsusi yeri olduğunu qeyd edib. İkitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinin məqsədəuyğunluğundan söz açan nazir istər universitetlərarası, istərsə də orta təhsil sahəsində əlaqələrin genişləndirilməsinin əhəmiyyətini nəzərə çatdırıb.
A.Mişşenko Azərbaycan təhsilinin inkişafı və əldə olunmuş müsbət təcrübə barədə məlumatı olduğunu qeyd edib. Ölkəsinin ali məktəbləri haqqında ətraflı məlumat verən Aleksandr Mişşenko Ukrayna universitetlərinin bir çox ixtisaslar üzrə kadr hazırlığı baxımından qazandığı nailiyyətləri qeyd edib, müvafiq sahədə əməkdaşlığın məqsədəuyğunluğunu önə çəkib.
Azərbaycan və Ukrayna ali məktəbləri arasındakı qarşılıqlı əlaqələrə toxunan səfir bu baxımdan Bakı Slavyan Universitetinin rolunu xüsusi olaraq diqqətə çatdırıb.
M. Mərdanov azərbaycanlı gənclər üçün Ukrayna universitetlərinin doktorantura pilləsində təhsil imkanlarının yaradılmasının daha məqbul hesab edildiyini bildirib. Nazir orta təhsil müəssisələri arasında da əlaqələrin qurulmasının və qarşılıqlı səfərlərin səmərəli olacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR