Bank Of Baku

Bu aydan Azərbaycanın müxtəlif regionlarında arxeoloji ekspedisiyalara start veriləcək

Bu aydan Azərbaycanın müxtəlif regionlarında arxeoloji ekspedisiyalara start veriləcək
# 02 iyun 2011 12:57 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu aydan Azərbaycanın müxtəlif regionlarında arxeoloji ekspedisiyalara start veriləcək. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyibli APA-ya bildirib ki, daha çox sərhədyanı ərazilərdə və Qarabağ bölgəsində arxeoloji tədqiqatlara üstünlük veriləcək. Strateji baxımdan önəmli olan həmin ərazilər həm də arxeoloji abidələr cəhətdən də zəngindir. N. Müseyibli deyib ki, bir sıra xarici ölkələrin alimləri ilə birgə ekspedisiyalar da davam etdiriləcək. Ağcabədidə Azərbaycan-Almaniya birgə ekspedisiyası, Tovuzda Azərbaycan-Fransa, Azərbaycan-Yaponiya ekspedisiyaları, Şəmkirdə Azərbaycan-Almaniya-Gürcüstan birgə ekspedisiyası, Şərurda Azərbaycan-Amerika, Azərbaycan-Fransa ekspedisiyaları tədqiqat aparacaqlar. Arxeoloji ekspedisiyalar payıza kimi, davamlı yağışlar başlayana qədər davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR