Bank Of Baku

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanlarının ikinci mərhələsi iyunun 26-da keçiriləcək

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanlarının ikinci mərhələsi iyunun 26-da keçiriləcək
# 03 iyun 2011 08:13 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı – APA. Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarına fevralın 20-də keçirilmiş qəbul imtahanlarının birinci mərhələsinin nəticələrinə görə, müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahanının ikinci mərhələsinə buraxılıblar.
APA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, qəbul imtahanların ikinci mərhələsi iyunun 26-da Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək. Onun sözlərinə görə, bunun üçün bakalavrlar iyunun 8-dən 15-dək elektron ərizələrinə daxil olaraq, bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramında ixtisaslaşmaları seçib, təsdiq etdirməlidirlər. Bundan sonra bakalavrlar iyunun 23-dən 25-dək öz elektron ərizələrinə daxil olaraq, ikinci mərhələ üçün “bakalavrın imtahana buraxılış vərəqsi”ni çap edib, götürməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR