Bank Of Baku

Dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı daxil olan şikayətlərin sayı artıb

Dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı daxil olan şikayətlərin sayı artıb
# 03 iyun 2011 08:15 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə komissiya tərəfindən “Dövlət qulluqçularının etik davranış qaydalarına riayət edilməsi və korrupsiyaya qarşı mübarizə” mövzusunda keçirilən dəyirmi masada komissiyanın hüquq sektorunun müdiri Vüqar Əsgərov bildirib. Onun sözlərinə görə, ötən il komissiyaya etik davranış qaydaları ilə bağlı 5 müraciət daxil olub. Onlarından 2-si təmin olunub, 3-ü isə əsassız hesab edilib. 2011-ci ilin 5 ayı ərzində isə komissiyaya 26 müraciət daxil olub. Onlardan 10-u etik davranış qaydaları ilə bağlıdır, 7 müraciət əsassız olub, 9 müraciətlə bağlı isə hazırda araşdırma aparılır.
V. Əsgərovun sözlərinə görə, müraciətlərin 6-sı mərkəzi, 16-sı yerli icra hakimiyyəti orqanlarından olub. Sektor müdiri şikayətlərin sayının artmasının vətəndaşların dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı aparılan maarifləndirmə tədbirləri ilə bağlı olduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR