Bank Of Baku

Ombudsman Kiyevdə iki beynəlxalq tədbirdə iştirak edib

Ombudsman Kiyevdə iki beynəlxalq tədbirdə iştirak edib
# 03 iyun 2011 09:16 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Ukraynanın paytaxtı Kiyev şəhərində “Əlillərin hüquqlarının müdafiəsində milli təsisatlarının rolu” mövzusunda keçirilmiş beynəlxalq tədbirdə iştirak edib. Tədbirə 25-dən çox ölkədən insan hüquqları sahəsində tanınmış mütəxəssislər, təcrübəli beynəlxalq ekspertlər, habelə Azərbaycan Ombudsman Aparatının əməkdaşları Yeganə Cəfərova və Rəşad Novruzov qatılıb.

E. Süleymanova çıxış edərək dövlətimiz tərəfindən əlillərin hüquqlarının təmin olunmasına yönəlmiş silsilə tədbirlərin keçirildiyini, onların cəmiyyətə inteqrasiyasının gerçəkləşdiyini qeyd edib. O, “Əlillərin hüquqları haqqında” BMT Konvensiyası və bu sənədin Fakültativ Protokolunun dövlətimiz tərəfindən regionda ilk olaraq ratifikasiya edildiyini vurğulayıb. Bununla da, respublikamızın əlilliyi olan insanların hüquqlarına hörmət edilməsi və müdafiəsi istiqamətində götürdüyü öhdəliyi bir daha təsdiq etdiyi diqqətə çatdırılıb.

Müvəkkil bu konvensiyanın əlilliyi olan hər bir şəxsin bütün insan hüquqlarından tam və bərabər şəkildə istifadə etməsini təbliğ və təmin edən əhəmiyyətli beynəlxalq sənəd olduğunu vurğulayıb.

E. Süleymanova əlilliyi olan insanlara qəyyumluq və himayəçiliyin vacib olduğunu vurğulayıb və bu məsələlərə böyük diqqət yetirməyi tövsiyə edib.

İki gün davam edən seminardan sonra Ukraynanın Ombudsman təsisatına səfər təşkil olunub. Ombudsman təsisatının əlillərə əlçatan olması, binada pandusların qurulması, bu sahədə aparılan iş barədə məlumat əldə edilib.

Elmira Süleymanova Kiyevdə həmçinin “Uşaqlara qarşı zorakılıqla mübarizə: təcrid edilmiş fəaliyyətdən inteqrasiya olunmuş strategiyalara doğru” mövzusunda beynəlxalq konfransda iştirak edib. Bu tədbir Ukraynanın Avropa Şurası Nazirlər Kabinetində Sədrliyi çərçivəsində Ukraynanın Dövlət Gənclər və İdman Xidməti, Avropa Şurası, UNİCEF və BMT-nin Baş Katibinin xüsusi nümayəndəsinin dəstəyi ilə təşkil edilib.

Konfransa Avropanın bir sıra ölkələrinin ombudsmanları, dövlət təmsilçiləri, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri, insan hüquqları, o cümlədən uşaq hüquqları üzrə tanınmış beynəlxalq ekspertlər, habelə Azərbaycan Ombudsman Aparatının əməkdaşı, Müvəkkilin uşaq hüquqları üzrə ixtisaslaşmış müşaviri Nigar Şəbiyeva qatılıb.

Nigar Şəbiyeva uşaq fahişəliyi və uşaq pornoqrafiyası ilə mübarizə mövzusuna həsr olunmuş işçi qrupunda iştirak edib, uşaq hüquqlarının müdafiəsi ilə bağlı ölkəmizdə görülən işlər, E.Süleymanovanın bu istiqamətdə fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verib.

Tədbirdə uşaqlara qarşı zorakılığın aradan qaldırılması üçün inteqrasiya olunmuş milli strategiyaların həyata keçirilməsi, bu məqsədlə sosial xidmətlərin yaradılması və regional və yerli səviyyədə əlaqələndirmə və əməkdaşlığın aparılması üzrə yekun tövsiyələr səsləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR