Bank Of Baku

Məleykə Abbaszadə: “Azərbaycanda ali və orta ixtisas təhsil müəssislərinə qəbul planı artırılıb”

Məleykə Abbaszadə: “Azərbaycanda ali və orta ixtisas təhsil müəssislərinə qəbul planı artırılıb”
# 03 iyun 2011 09:19 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycanda bu il əvvəlki ilə nisbətən ali məktəblərə və tam orta təhsil bazasından orta ixtisas təhsil müəssislərinə qəbul planı artırılıb.
APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, 1-ci ixtisas qrupunda plan 309 yer artıb. Amma abituriyentlərin sayı ötən ilə nisbətən 781 nəfər azalıb. Bu qrupda 9848 yerə 34 min 988 abituriyent iddialıdır.
İkinci qrupda isə abituriyentlərin sayı ötən illə müqayisədə 1000 nəfər azalıb. Plan yeri isə 473 yer artıb. Üçüncü qrupda abituriyentlərin sayı ötən illə müqayisədə 458 nəfər azalıb. Amma burada plan yeri (126 yer) ötən illə müqayisədə çoxdur.
Dördüncü qrupda abituriyentlərin sayı ötən illə müqayisədə 150 nəfər artıb. M. Abbaszadə deyib ki, ən çox müsabiqə vəziyyəti də bu qrup üzrə yaranacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR