Bank Of Baku

Rusiya ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları üçün boş qalan yerlərə qəbul imtahanları iyunun 11-də keçiriləcək

Rusiya ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları üçün boş qalan yerlərə qəbul imtahanları iyunun 11-də keçiriləcək
# 03 iyun 2011 09:37 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı – APA. Rusiya Federasiyasının ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları üçün boş qalan yerlərə qəbul imtahanları iyunun 11-də keçiriləcək. APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, may ayında keçirilmiş imtahanların nəticələrinə görə, azərbaycanlılar üçün ayrılmış plan yerindən 11-i boş qalıb. Abituriyentlər boş qalmış yerlərə ərizələrini Azərbaycanın Rusiyadakı Diasporuna və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinə təqdim edirlər: “Bizdə olan məlumata görə, artıq boş qalan yerlərə 150 ərizə daxil olub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR