Bank Of Baku

Məleykə Abbaszadə: “Attestat qiymətlərinin abituriyentlərin ərizələrinə daxil edilməsi proseduru daha sadə ola bilər”

Məleykə Abbaszadə: “Attestat qiymətlərinin abituriyentlərin ərizələrinə daxil edilməsi proseduru daha sadə ola bilər”
# 03 iyun 2011 10:36 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı – APA. “Təhsil Nazirliyi builki məzunlar haqqında məlumat bazasını iyunun 25-dək bizə təqdim etsə, abituriyentlərin attestat qiymətlərinin ərizələrə daxil edilməsi məqsədilə sənəd qəbulu komissiyalarına getmələrinə ehtiyac qalmayacaq”. APA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib ki, attestat qiymətlərinin abituriyentlərin ərizələrinə daxil edilməsi proseduru daha sadə ola bilər: “Əgər məzun bazası Təhsil Nazirliyi tərəfindən təhvil verilsə... Ötən il bu baza iyul ayının əvvəlində verildi deyə abituriyentləri sənəd qəbulu komissiyalarına göndərdik”.

M. Abbaszadənin sözlərinə görə, ali məktəblərə qəbul imtahanlarında iştirak etmək istəyən builki məzunlar attestat aldıqdan sonra qiymətlərini elektron ərizələrinə daxil etməlidirlər. Sənəd qəbulu komissiyaları Təhsil Nazirliyinin verdiyi məlumat bazası əsasında abituriyentlərin elektron ərizələrinə əlavə etdikləri attestat qiymətləri ilə attestatın əslində yazılmış qiymətlərin uyğunluluğu yoxlanılacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR