Bank Of Baku

Elçin Behbudov: “Milli preventiv mexanizminin ombudsmana həvalə olunması doğru deyil”

Elçin Behbudov: “Milli preventiv mexanizminin ombudsmana həvalə olunması doğru deyil”
# 03 iyun 2011 10:56 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov, hüquq müdafiəçisi Elçin Abdullayev və vəkil İradə Cavadova mətbuat konfransı keçiriblər. APA-nın xəbərinə görə, Elçin Behbudov ombudsmanın milli preventiv mexanizmində qeyri-hökumət təşkilatlarının da təmsil olunmasının vacib olduğunu deyib: “Ombudsmanın işi həddən artıq çoxdur. Milli preventiv mexanizminə nəzarət də ona həvalə olunub. Əslində bu, düzgün deyil. Çünki harada ictimai nəzarət yoxdursa, orada şəffaflıqdan danışmağa dəyməz. İşgəncəyə yalnız məhkəmə rəsmi qiymət verə bilər. Başqa orqanların işgəncəyə rəsmi qiymət verməyə ixtiyarı yoxdur. Biz Ədliyyə Nazirliyindən başqa bütün dövlət qurumlarının qapalı yerlərində monitorinqlər keçiririk. Demokratik və sivil ölkələrdə ombudsman müstəqil şəkildə fəaliyyət göstərir, lakin Azərbaycanda dövlətə tabedir, dövlətdən maaş alır. Ədliyyə Nazirliyini tənqid etdiyimə görə monitorinq keçirməyə icazə vermirlər. Bizim məmurların bəziləri tərifi xoşlayır. Lakin tənqidi də qəbul etmək lazımdır”.

Elçin Abdullayev isə bildirib ki, milli preventiv mexanizmi müstəqil fəaliyyət göstərməlidir: “Dünya təcrübəsində də belədir. Biz bu məsələ ilə bağlı prezident İlham Əliyevə müraciət etmişik. Yaxın vaxtlarda xarici səfirliklərə də müraciət edəcəyik”.

Vəkil İradə Cavadova da QHT-lərin milli preventiv mexanizmdə təmsil olunmamasının mənfi hal olduğunu söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR