Bank Of Baku

Bu il abituriyentlər arasında oğlanların sayı qızlara nisbətən daha çoxdur

Bu il abituriyentlər arasında oğlanların sayı qızlara nisbətən daha çoxdur
# 03 iyun 2011 11:01 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı – APA. Azərbaycanda ali məktəblərə bu il keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün sənəd verən abituriyentlər arasında oğlanların sayı qızlara nisbətən daha çoxdur. APA-xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. M. Abbaszadənin sözlərinə görə, sənəd verən 110 min 423 nəfər abituriyentin 55 min 627-si (50,38 faizi) oğlanlar, 54796-sı (49,62 faizi) isə qızlardır: “Bu il ilk dəfə olaraq qəbul imtahanlarında iştirak edən oğlanların sayı qızlara nisbətən bir qədər çoxdur”.

TQDK sədri bu il bəzi regionlarda qəbul imtahanlarında iştirak etmək üçün sənəd verən abituriyentlərin sayının da artdığını bildirib. O, qeyd edib ki, bu artım Bərdədə 14, Ağstafada 12, Goranboyda 13 faiz olub. Bu il ən çox artım isə Abşeron rayonu üzrə qeydə alınıb - 34,7 faiz. M. Abbaszadə qəbul imtahanlarına sənəd verən abituriyentlərin sayının azaldığı regionların da adını çəkib. Onun sözlərinə görə, bu istiqamətdə Ucarda 14,6, Zərdabda 11, Salyanda 10, Daşkəsəndə 17, Gədəbəydə 17 faiz azalma müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR