Bank Of Baku

Azərbaycan-Latviya biznes-forumu keçiriləcək

Azərbaycan-Latviya biznes-forumu keçiriləcək
# 03 iyun 2011 11:02 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, forumda Latviyanın ətraf mühit və regional inkişaf naziri Raymonds Veyonis, həmçinin Latviyanın ətraf mühitin mühafizəsi sahəsində çalışan şirkət nümayəndələri iştirak edəcək.

Tədbirdə Azərbaycan və Latviya arasında ətraf mühitin mühafizəsi sahəsində gələcək əməkdaşlıq məsələləri, eyni zamanda Azərbaycanın yaşıl iqtisadiyyata keçidi ilə bağlı yeni texnologiyaların tətbiqi sahəsində müzakirələrin aparılması nəzərdə tutulur.

Tədbirdə hər iki ölkənin ətraf mühitin mühafizəsi sahəsində çalışan şirkət nümayəndələri arasında fikir və təcrübə mübadiləsi aparılacaq, müasir və qabaqcıl texnologiyalar, həmçinin Latviya və Azərbaycan şirkətlərinin bu sahədə gördüyü işlər nümayiş etdiriləcək.

Xatırladaq ki, 2009-cu ilin 25-28 iyun tarixlərində R. Veyonisin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı “Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair saziş” imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR