Bank Of Baku

Şəki və Lənkəranda qəbul imtahanları üçün nəzərdə tutulan binalara baxış keçiriləcək

Şəki və Lənkəranda qəbul imtahanları üçün nəzərdə tutulan binalara baxış keçiriləcək
# 03 iyun 2011 11:19 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Bu il Bakıda və regionlarda ali məktəblərə qəbul imtahanları zamanı abituriyentlərin təhlükəsizliyi ciddi şəkildə təmin ediləcək. APA-nın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, gələn həftə bu il ilk dəfə qəbul imtahanlarının keçiriləcəyi Şəki və Lənkəranda imtahanların baş tutacağı binalara baxış keçiriləcək: “Regionlarda da hazırlıq nöqteyi-nəzərindən tədbirlər görüləcək. Yerli icra orqanları ilə əlaqəli şəkildə işləyirik. Bakıda olduğu kimi, regionlarda da abituriyentlərin təhlükəsizliyi tam təmin olunacaq”.

M. Abbaszadə abituriyentləri imtahanlara qələm və lazımi sənədlərdən başqa heç bir şey götürməməyə çağırıb. O, qeyd edib ki, əks halda abituriyentlər imtahandan kənarlaşdırılacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR