Bank Of Baku

UNESCO baş direktorunun müavini İçərişəhərdə olub - FOTO

UNESCO baş direktorunun müavini İçərişəhərdə  olub   - <font color=red>FOTO</font>
# 03 iyun 2011 12:29 (UTC +04:00)
Bakı-APA. UNESCO baş direktorunun Sosial və Humanitar Elmlər üzrə müavini Pilar Alvarez Laso və Bakıda keçirilən UNESCO-nun Beynəlxalq Bioetika Komitəsinin (BBK) 18-ci sessiyasının iştirakçıları İçərişəhərdə olublar. Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən məlumata görə, qonaqlara İçərişəhər haqqında məlumat verilib. Bildirilib ki, İçərişəhər Qız Qalası və Şirvanşahlar sarayı ilə birlikdə 2000-ci ildən UNESCO-nun “Dünya İrsi Siyahısı”na daxil edilib. İçərişəhərlə tanışlıq Qız Qalası ilə tanışlıqla başlanılıb, Sıratağlı dini-memarlıq kompleksi və ərazisində sərgilənən ekspozisiya ilə tanışlıqla davam edib. Qonaqlara yaxınlıqda yerləşən Varfolomey kilsəsinin qalıqları barədə məlumat verilib.
Daha sonra seminar iştirakçıları orta əsrlər ticarət yolunun üzərində yerləşən və Azərbaycanın Yaxın Şərq və Orta Asiya ölkələri ilə ticarət əlaqələrindən xəbər verən Buxara karvansarasında olublar. Qüllə küçəsi ilə davam edən gəzinti Qoşa Qala Qapıları meydanı ilə davam edib. “Şirvanşahlar Sarayı Kompleksi”ndə kompleksin memarlıq-inşaat xüsusiyyətləri qonaqların diqqətinə çatdırılıb və Saray binasında sərgilənən ekspozisiyaya tamaşa ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR