Bank Of Baku

2011-ci il üçün rezidenturaya həkim ixtisasları üzrə qəbul planı təsdiq olunub

2011-ci il üçün rezidenturaya həkim ixtisasları üzrə qəbul planı təsdiq olunub
# 03 iyun 2011 14:07 (UTC +04:00)
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, səhiyyə naziri Oqtay Şirəliyev açılış nitqində tibb təhsilindəki yeniliklər o, cümlədən rezidenturaya keçid mərhələsi haqda danışıb.

Səhiyyə Nazirliyi aparatının rəhbəri Zəkiyyə Mustafayevaya isə rezidentura təhsilinin təşkili və görülmüş nəzəri işlər barədə məlumat verib.

Aparat rəhbəri 19 iyun 2009-cu il tarixində qəbul edilmiş “Təhsil haqqında” qanunla tibb ixtisasları üzrə baza ali təhsili əsasında həkim-mütəxəssis hazırlığı formalarından biri kimi rezidentura təhsilinin müəyyən edildiyini xatırladıb. Səhiyyə Nazirliyi 23 iyul 2010 il tarixində rezidenturada həkim-mütəxəssislərin hazırlığının təşkili və tətbiqi haqqında 57 nömrəli əmr imzalayıb. 2011-ci il üçün rezidenturaya həkim ixtisasları üzrə qəbul planı təsdiq olunub. Bu plana əsasən səhiyyədə müxtəlif sahələr üzrə tibb mütəxəssislərinə tələbata uyğun olaraq 2011-2012-ci illərdə qəbul ediləcək rezidentlərin sayı 300 nəfər müəyyən edilib və bu il qəbul olunan rezidentlərin ödənişsiz əsaslarla təhsil alması nəzərdə tutulub.

Rezidentura imtahanlarından uğurla keçən, hər hansı bir ixtisasla təmin olunmuş həkim tələb olunan sənədləri Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidir. Rezidenturaya qəbul Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR