Bank Of Baku

Azərbaycanda ermənilərin törətdiyi soyqırımının yeganə şahidi olan məzarlıqda tikinti işlərinə gələn həftədən başlanacaq

Azərbaycanda ermənilərin törətdiyi soyqırımının yeganə şahidi olan məzarlıqda tikinti işlərinə gələn həftədən başlanacaq
# 03 iyun 2011 14:27 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Quba soyqırımı ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev bildirib. Onun sözlərinə görə, məzarlıqda tikinti işləri aparılmaqla bərabər, sümüklərin dərmanlanmasına və torpaqda bərkidilmə işlərinə də başlanacaq. Məzarlıqda tikintini Azərbaycanın “Aykon” şirkəti aparacaq.

Q. Ağayev bildirib ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları məzarlıqda yenidən qazıntı işləri də həyata keçirəcəklər: “Kənarda, torpağın altında qalan sümüklər aşkara çıxarılmalı, sümüklərin aşağısındakı torpaq səddini hamarlamaq lazımdır. Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyində olan sümüklər də gətirilməlidir. Bundan sonra məzarlığın üstü tikiləcək”.
Qeyd edək ki, Quba məzarlığında tikinti işlərinə aprelin əvvəlindən başlanması nəzərdə tutulsa da, proses naməlum səbəblərdən ləngiyib.
Xatırladaq ki, Quba məzarlığı 2007-ci il aprelin 1-də aşkarlanıb. 2009-cu ilin dekabrında ölkə prezidentinin Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında imzaladığı sərəncama uyğun olaraq, hazırda kompleksin tikintisi aparılır. Məzarlıq isə kompleksdən təxminən 200 metr aralıda yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR