Bank Of Baku

Zığda iməcilik keçirilib

Zığda iməcilik keçirilib
# 04 iyun 2011 08:58 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Bakının Zığ kəndinin ərazisində tullantıların təmizlənməsi məqsədilə iməcilik keçirilib. APA-nın məlumatına görə, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun da iştirak etdiyi, 5 İyun - Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə keçirilən iməciliyə 10-dan çox qeyri-hökumət təşkilatı və Zığ kəndinin əhalisi qatılıb.

H. Bağırov jurnalistlərə bildirib ki, iməciliyin təşkili əhaliyə mesaj xarakteri daşıyır: “İnsanlar tullantıları hara-gəldi atmamalıdırlar. Bu, ətraf ərazilərdə yaşayan insanlar, uşaqlar üçün ziyandır. Elə işlər var ki, onun öhdəsindən əhali özü də gələ bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR