Bank Of Baku

Orta məktəblərdə növbəti buraxılış imtahanları keçirilir

Orta məktəblərdə növbəti buraxılış imtahanları keçirilir
# 04 iyun 2011 09:17 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Təhsil Nazirliyi Azərbaycanın orta məktəblərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə növbəti buraxılış imtahanları keçirir. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahanlar Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarının orta məktəblərində aparılır. 11-ci sinif şagirdləri üçün imtahan saat 10-00-da başlayıb və 3 saat davam edəcək. 9-cu sinif şagirdləri üçün isə saat 15-00-da başlayacaq və 1 saat yarım davam edəcək.
Qeyd edək ki, növbəti imtahan iyunun 7-də Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonlarındakı orta məktəblərdə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR