Bank Of Baku

Koreyanın Fövqəladə Halların İdarə olunması Milli Agentliyinin nümayəndə heyəti Azərbaycan FHN-də olub

Koreyanın Fövqəladə Halların İdarə olunması Milli Agentliyinin nümayəndə heyəti Azərbaycan FHN-də olub
# 04 iyun 2011 12:20 (UTC +04:00)
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan və Koreya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyi qeyd edilib, mövcud potensialdan səmərəli istifadənin vacibliyi vurğulanıb, habelə hər iki qurum arasında mövcud əlaqələrin inkişaf etdirilməsi və fövqəladə halların idarə olunması sahəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Görüş zamanı 23 aprel 2007-ci il tarixində Seul şəhərində imzalanmış "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Koreya Respublikası Fövqəladə Halların İdarə olunması Milli Agentliyi arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun müddəalarının yerinə yetirilməsi istiqamətində də müzakirələr aparılıb.

Səfər proqramına uyğun olaraq, təcrübə mübadiləsinin aparılması məqsədilə FHN-in strukturuna daxil olan bir sıra qurumların fəaliyyəti ilə də tanışlıq həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR