Bank Of Baku

TQDK hüquq-mühafizə orqanlarına müraciət edib

TQDK hüquq-mühafizə orqanlarına müraciət edib
# 04 iyun 2011 12:23 (UTC +04:00)
Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, saxta jurnallarda üz qabığı orijinal nəşrə oxşadılsa da, qəbul aparılan ixtisasların siyahısında, plan yerlərinin sayında, ixtisas kodlarında, eləcə də qəbul elanı və müsabiqə şərtlərində ciddi texniki və məzmun səhvlərinə yol verilib, məlumatlar ciddi şəkildə təhrif olunub. TQDK həmin jurnalların məzmununa görə məsuliyyət daşımadığını bəyan edib.
TQDK abituriyentləri və onların valideynlərini jurnal alarkən diqqətli olmağa çağırır: “Əsl jurnalı saxtasından fərqləndirmək mümkündür. Orijinal nəşrdə jurnalın üzərindəki “Abituriyent” sözü bir qədər qabarıq formada çap olunduğundan hər bir şəxs həmin yazıya əlini toxundurmaqla bunu hiss edə bilər”.
Qeyd olunan qeyri-qanuni əməlin qarşısının alınmasında lazımi inzibati tədbirlərin görülməsi üçün TQDK tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR