Bank Of Baku

Mingəçevirdə “Demokratik seçkilər üzrə Azərbaycanın öhdəlikləri və vətəndaş cəmiyyətinin rolu” mövzusunda seminar keçirilib

Mingəçevirdə “Demokratik seçkilər üzrə Azərbaycanın öhdəlikləri və vətəndaş cəmiyyətinin rolu” mövzusunda seminar keçirilib
# 04 iyun 2011 20:49 (UTC +04:00)
Mingəçevir. Şahnəzər Bəşirov-APA. “Demokratiyanı Öyrənmə” İctimai Birliyi ATƏT-in Bakı ofisinin dəstəyi ilə Mingəçevir Media Mərkəzində “Demokratik seçkilər üzrə Azərbaycanın öhdəlikləri və vətəndaş cəmiyyətinin rolu” mövzusunda seminar keçirib. Siyasi partiyaların, QHT və KİV nümayəndələrinin, fəal vətəndaşların iştirak etdiyi tədbirdə birliyin rəhbəri Mirəli Hüseynov, ekspert Vüqar Hüseynov, “Hüquq və İnkişaf” İB-nin sədri Hafiz Həsənov son seçkilərlə bağlı fikirlərini bölüşüblər. Natiqlər vurğulayıb ki, aktiv seçki hüququndan istifadə etmək istəyənlərin qeydiyyatını sadələşdirməyə, sərbəst toplaşmaq imkanlarını, elektron KİV, televiziyalar tərəfindən seçki təşviqatı üçün efir vaxtını, bütövlükdə medianın rolunu artırmağa ehtiyac var. Bildirilib ki, açıq və qapalı yerlərdə təşviqat kampaniyalarına yerli icra hakimiyyətlərinin müdaxiləsi yol verilməzdir. Azərbaycan prezidenti İlham Əliyev də dəfələrlə bəyan edib ki, seçki demokratik və şəffaf keçirilməlidir, beynəlxalq standartlara cavab verməlidir.
ATƏT-in nümayəndəsi Elgün Tağıyev, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev, şəhər bələdiyyəsinin komissiya sədri Zahid Qasımlı, Qarabağ əlili Əbülfət Babayev seçki ilə bağlı maarifləndirmə işlərinin ancaq seçkilər dövründə deyil, həmişə və istənilən yerdə aparılmasının zəruriliyindən, problemin həllinə hər kəsin özündən başlamasının vacibliyindən danışıblar.
Qeyd edək ki, eyni mövzuda tədbir iyunun 1-də Gəncə şəhərində də keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR