Bank Of Baku

Qubanın Haput kəndində torpaq sürüşməsi baş verib - FOTO

Qubanın Haput kəndində torpaq sürüşməsi baş verib - <font color=red>FOTO</font>
# 06 iyun 2011 07:16 (UTC +04:00)
Yerli sakinlərin APA-nın şimal bürosuna verdikləri məlumata görə, sürüşmə nəticəsində 7 ev qəzalı vəziyyətə düşüb. Kənddə olan digər 13 evdə də çatlar əmələ gəlib. Əksər ailələr çadırlarda yaşamaq məcburiyyətində qalıb. Qubaya düşən güclü leysan yağışları rayonun Buduq kəndində də ciddi problemlər yaradıb. Leysan yağışları kənd qəbiristanlığının bir hissəsini tamamilə yuyub. Qəbiristanlıqda 20-dək qəbirin üstü açılıb, sümüklər ətrafa səpələnib. Yerli sakinlər gecə saatlarında vəhşi heyvanların üstü açılmış qəbirlərə hücum çəkdiyini bildiriblər. Buduq kənd bələdiyyəsinin sədr müavini Mirvari Cabbarovanın APA-ya verdiyi məlumata görə, qəbiristanlıq sürüşmə ərazisində yerləşdiyindən belə hallar tez-tez baş verir. M. Cabbarova qəbiristanlıqda baş vermiş hadisə ilə bağlı lazımi tədbirlərin görüləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR