Bank Of Baku

İsveç Sosial Sığorta Agentliyinin nümayəndələri Azərbaycana gələcək

İsveç Sosial Sığorta Agentliyinin nümayəndələri Azərbaycana gələcək
# 06 iyun 2011 07:42 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. İyunun 8-12-də İsveç Sosial Sığorta Agentliyinin baş direktoru xanım Adriana Lenderin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olacaq.

Dövlət Sosial Müdafiə Fondundan «APA-Economics» verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Sosial Sığorta Agentliyinin icraçı direktoru Per Akensson, qurumun baş məsləhətçisi xanım Bodhi Peris və digər şəxslər daxildir. Səfər zamanı Azərbaycan Dövlət Sosial Müdafiə Fondu və İsveç Sosial Sığorta Agentliyi arasında qarşılıqlı təcrübə mübadiləsi aparılacaq, gələcək əməkdaşlığı nəzərdə tutan məsələlər müəyyənləşdiriləcək.

Fondda nümayəndə heyəti ilə görüşdən sonra İsveç nümayəndə heyəti bu ölkənin sığorta-pensiya sisteminin inkişaf istiqamətləri, mövcud vəziyyəti əks etdirən təqdimatla çıxış edəcək. İsveçli qonaqlar DSMF-nin bir sıra rayon şöbələrinin fəaliyyəti ilə də tanış olacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR