Bank Of Baku

Ətraf mühitin bərpası mövzusunda Azərbaycan-Latviya biznes-forumu keçirilir

Ətraf mühitin bərpası mövzusunda Azərbaycan-Latviya biznes-forumu keçirilir
# 06 iyun 2011 10:49 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyində Azərbaycan - Latviya ətraf mühitin bərpasına yönəlik yaşıl iqtisadiyyat üzrə biznes-forumu başlayıb. APA-nın məlumatına görə, tədbirin açılışında çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib ki, Latviya dünyanın ekoloji cəhətdən əlverişli ölkələrindən biridir: “Ətraf mühitin problemlərinin həlli üçün istifadə olunan texnologiyalardan istifadə baxımından Latviyanın yaxşı təcrübəsi var. Azərbaycana gələn nümayəndə heyətinin tərkibində tullantı sularının emalı, içməli suların təmizlənməsi, bərk tullantıların emalı və digər sahələrdə təcrübəsi olan təşkilatların nümayəndələri mövcuddur. Onlarla fikir mübadilələri aparılacaq”.

Nazir deyib ki, Azərbaycan ağac materiallarına olan tələbatı ödəmək üçün də Latviya təcrübəsindən istifadə edə bilər.

İki gün davam edəcək forumda Latviyanın ətraf mühit və regional inkişaf naziri Raymonds Veyonis və Latviyanın ətraf mühitin mühafizəsi sahəsində çalışan şirkətlərinin nümayəndələri iştirak edir. 2009-cu ildə R. Veyonisin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri zamanı ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair saziş imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR