Bank Of Baku

Bakının ümumtəhsil məktəblərində mərkəzləşmiş buraxılış imtahanları iyunun 17-18-də keçiriləcək

Bakının ümumtəhsil məktəblərində mərkəzləşmiş buraxılış imtahanları iyunun 17-18-də keçiriləcək
# 06 iyun 2011 11:19 (UTC +04:00)
Bakı. Sevil Valehova – APA. Bakının ümumtəhsil məktəblərində XI sinif məzunları üçün buraxılış imtahanları iyunun 17-də, IX siniflər üçün isə iyunun 18-də keçiriləcək. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ümumi orta təhsil səviyyəsi üzrə yoxlama və buraxılış imtahanları ana dili və riyaziyyat, tam orta təhsil səviyyəsi üzrə isə ana dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən aparılacaq.

Ötənilki qaydalara müvafiq olaraq imtahan müddəti ərzində IX sinif şagirdləri 50, XI sinif şagirdləri isə 120 suala cavab verəcəklər. Hər bir fənn üzrə sualların 20%-dən 50%-nə qədər düzgün cavab verən şagird “3”, 50%-dən 80%-nə qədər düzgün cavab verən “4”, 80%-dən 100%-ə qədər düzgün cavab verən şagird isə “5” ilə qiymətləndiriləcək. Məsələn, 25 sualdan ən azı 5, ən çoxu 12 suala düzgün cavab verən şagird “3”, ən azı 13, ən çoxu 19 suala cavab verən şagird “4”, ən azı 20 və daha artıq suala düz cavab verən şagird “5” qiyməti ala biləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR