Bank Of Baku

Azərbaycan ərazisində qısamüddətli yağışlar proqnozlaşdırılır

Azərbaycan ərazisində qısamüddətli yağışlar proqnozlaşdırılır
# 06 iyun 2011 11:22 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 24-28 dərəcə isti olacaq.

İyunun 8-də hava dəyişkən buludlu olacaq, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacaq, gün ərzində isə əsasən yağmursuz keçəcək. Şimal küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Gecə 16-20, gündüz 25-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 7-də əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi şimşək çaxanda arabir güclənəcək. Gecə 14-19, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.

İyunun 8-9-da əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. İyunun 8-də bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 14-19 dərəcə, gündüz 25-30 dərəcə, dağlarda gecə 7-12 dərəcə, gündüz 15-20 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR