Bank Of Baku

“Breyn Rinq” oyunu üzrə yubiley kuboku keçirilib

“Breyn Rinq” oyunu üzrə yubiley kuboku keçirilib
# 06 iyun 2011 11:49 (UTC +04:00)
Bakı – APA. Xəzər İntellektual Gənclər Klubu və Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi ilə “Breyn-rinq” oyunu üzrə “Universitet liqası” layihəsi çərçivəsində yubiley kuboku keçirib. GİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Breyn-rinq” çempionatı Xəzər İntellektual Gənclər Klubunun 10 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərdən olub.

Turnirdə Xəzər İntellektual Gənclər Klubunun komandaları ilə yanaşı, digər klublardan olan bilicilər də iştirak ediblər. Gərgin mübarizə şəraitində keçən yarışın sonunda “Turan” komandası turnirin qalibi olub. “Cihad” komandası gümüş, SVU komandası isə bürünc medal qazanıb.

Qaliblər AMEA-nın Kitab Mərkəzi tərəfindən təqdim olunan, yeni redaksiyada nəşr olunmuş Azərbaycan Ensiklopediyası ilə mükafatlandırılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR