Avropada yayılmış təhlükəli infeksiyanın Azərbaycana keçməməsi üçün lazımi tədbirlər görülür
S. Vəliyev bildirib ki, hazırda Dövlət Gömrük Komitəsi, Səhiyyə Nazirliyinin bütün orqanları və Kənd Təsərrüfatı Nazirliyinin Fitosanitar Dövlət Xidməti təhlükəli infeksiyanın ölkəyə keçməməsi üçün lazımi tədbirlər görür: “Bütün məhsullar sərhəddə çox ciddi yoxlanılmalıdır. Analiz götürülməli, laborator şəraitdə bütün məhsullar yoxlanılmalı, virus aşkar olunarsa, həmin məhsulların ölkəyə idxalına qadağa qoyulmalıdır”.
İdarə rəisi onu da deyib ki, hazırda Azərbaycanda istehsal olunan meyvə və tərəvəzlərlə bağlı heç bir narahatlıq yoxdur: “Ümumiyyətlə, Azərbaycanda zəhərli kimyəvi maddələrdən - pestisidlərdən, gübrələrdən az istifadə olunur. Bizdə məhsullar başqa Avropa ölkələrinə nisbətən ekoloji cəhətdən çox təmizdir. Sadəcə, bu məhsulları istifadə edəndə yumaq lazımdır. Çünki təbiətdə çoxlu miqdarda mikroorqanizmlər, göbələklər, bakteriyalar var. Buna görə də meyvə və tərəvəzi istifadə etməzdən əvvəl böyük qablarda qaynar suda pasterizə etmək və yuyandan sonra mütləq soyuduculara qoymaq lazımdır. Qaynar mühitdə və 0 dərəcə temperaturda heç bir mikroorqanizm inkişaf edə bilməz”.
Azərbaycanın Səhiyyə Nazirliyi (SN) də əhalini meyvə-tərəvəzlərdən istifadə edərkən ehtiyatlı olmağa çağırıb. SN-in sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov APA-ya bildirib ki, virusun olub-olmamasından asılı olmayaraq əhali sanitar normalar və şəxsi gigiyenaya həmişə əməl etməlidir: “Hər şeydən qabaq əlləri hər dəfə yumaq lazımdır. Meyvə və tərəvəzlərdən istifadə edərkən onları isti su ilə yumaq vacibdir”. V. Qasımovun sözlərinə görə, hazırda Azərbaycanda epidemioloji durum sabitdir. Nazirliyə hər hansı şikayət daxil olmayıb.
Qeyd edək ki, Almaniyada təhlükəli bağırsaq infeksiyasından ölənlərin sayı 21-ə yüksəlib. Bağırsaq infeksiyası ilk olaraq Almaniyanın şimalında qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı artıq 10 Avropa ölkəsində bu infeksiyanın aşkarlandığını açıqlayıb. İsveçdə bu xəstəliyə yoluxanlardan biri ölüb. Əvvəlcə infeksiyanın İspaniyadan idxal edilən xiyardan qaynaqlandığı güman olunurdu. İndi isə mütəxəssislər Aşağı Saksoniyada yetişdirilən dənli bitkilərdən şübhələnir. Laborator araşdırmaların nəticələri iyunun 7-də bəlli olacaq.
Sosial
“AzerGold” QSC-nin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub
Şahbaz Şərif: İslamabad razılaşma memorandumunun imzalanmasında Türkiyənin rolu böyükdür
FHN-in təşkil etdiyi ümumrespublika birinciliyinə yekun vurulub - FOTO - VİDEO
Uşaqların rəqəmsal təhlükəsizliyi dövlət siyasətinin əsas istiqamətlərindən biridir - RƏY
Xəbər Lenti
Britaniyada tullantılar arasında ölkənin Müdafiə Nazirliyinin sənədləri tapılıb
Fransada muzeydən 4 milyon avro dəyərində zinət əşyaları oğurlanıb
Lekler Britaniya Qran-prisinin qalibi olub
Netanyahu: İsrailin ABŞ-dan başqa da dostları var
Qazaxın Aslanlı kəndində taxıl sahəsi yanıb - VİDEO
Stoltenberq: NATO-nun əbədi mövcud olacağına zəmanət yoxdur
Netanyahu: ABŞ ilə İran məsələsində fikir ayrılığı yoxdur
Azərbaycan Dəmiryol Muzeyində "Açıq qapı” günü - FOTO
Şəmkirdə iki avtomobil toqquşub, ölən və xəsarət alan var
Fransada meşə yanğını 1,5 min hektar ərazini əhatə edib
Messi “Qızıl top”a namizəd ola bilər
Zimbabve Milli Assambleyasının spikeri Azərbaycana rəsmi səfərə gəlib
Rusiyaya Belarusdan benzin idxalı tarixi maksimuma çatıb
Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb
Makron Suriyaya səfər edəcək
Avropada günəş panelləri döşənmiş dəmir yollarının tətbiqinə başlanıla bilər
Türkiyədə meşə yanğını başlayıb
Slovakiyada sabiq baş nazirlərə verilən imtiyazlarla bağlı referendum baş tutmayıb
İsmayıllıda sürücü və sərnişinin öldüyü qəzanın səbəbi məlum olub
Ukrayna Ordusu Krımda hərbi aerodroma və enerji qovşaqlarına zərbə endirib
Rusiya MN: Ukraynanın hərbi aerodromlarına və enerji infrastrukturuna zərbələr endirilib
Yurgen Klopp Almaniya millisinin yeni baş məşqçisi olacaq
II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçirilib - YENİLƏNİB
Yeni nəsil dövlət idarəçiləri qabaqcıl süni intellekt həllərini öyrənirlər
İran Hörmüz boğazıyla bağlı dost ölkələr üçün xüsusi şərtlər təklif edəcək
Ukrayna Belqoroda PUA zərbəsi endirib, Qrayvoron dairəsinin rəhbəri ağır yaralanıb
Sabah Bakıda hava küləkli olacaq, rayonlara arabir yağış yağacaq
İsrail BƏƏ-yə “Dəmir Günbəz” sistemi göndərdiyini rəsmən təsdiqləyib
Xamenei ilə vida mərasimi davam edir
64 yaşlı kişi Zəngilanda çayda boğulub - YENİLƏNİB-1
Zərdab sakininin su arxından meyiti tapılıb
Qubada minik avtomobili yük maşınına çırpılıb, 3 nəfər xəsarət alıb - YENİLƏNİB
Rusiya və Ermənistan baş nazirlərinin görüşü olacaq
“AzerGold” QSC-nin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub
Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb, qısamüddətli leysan xarakterli olub - FAKTİKİ HAVA
Türkiyədə Qara dəniz sahilində PUA aşkarlanıb
AZAL: Bu gün Naxçıvan reyslərində gecikmələr və təxirə salınmalar nəzərdə tutulur
Tramp: ABŞ çox tezliklə Marsa pilotlu uçuş təşkil edə bilər
Xaçmazda zəlzələ olub
Venesuelada zəlzələ qurbanlarının sayı 2954-ə çatıb
Tramp fırtınaya baxmayaraq Vaşinqtondakı çıxışını ləğv etməyəcəyini açıqlayıb
İsrailin milli təhlükəsizlik naziri həbs olunmaq qorxusu ilə Nyu-York səfərini ləğv edib
Vaşinqtonda Müstəqillik Günü tədbirinin iştirakçıları fırtına səbəbilə təxliyə edilir
Tramp Avropanın üçüncü dünya ölkəsinə çevrildiyini bildirib
DÇ-2026: Fransa 1/4 finala yüksəlib
Zelenski Trampla söhbətdən sonra müharibəyə son qoymaq üçün real perspektiv olduğunu deyib
DÇ-2026: Mərakeş 1/4 finala yüksəlib
Putin və Tramp arasında telefon danışığı olub
Netanyahu: ABŞ və İsrail birlikdə olduqda azadlıq daha da güclənir
FHN əməkdaşları avtomobildə sıxılı vəziyyətdə qalan şəxsi xilas edib - VİDEO