Bank Of Baku

Müəlliflik hüququ ilə əlaqədar iddianın məbləğinin müəyyən edilməsi qaydalarının təsdiq edilməsi barədə qərar layihəsi hazırlanır

Müəlliflik hüququ ilə əlaqədar iddianın məbləğinin müəyyən edilməsi qaydalarının təsdiq edilməsi barədə qərar layihəsi hazırlanır
# 06 iyun 2011 13:31 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanın Müəllif Hüquqları Agentliyi (MHA) tərəfindən müəlliflik hüququ və əlaqəli hüquqların pozulması ilə əlaqədar iddianın məbləğinin müəyyən edilməsi qaydalarının təsdiq edilməsi barədə Nazirlər Kabinetinin qərar layihəsi hazırlanır. Bu barədə APA-ya agentliyin hüquq şöbəsinin müdiri Xudayat Həsənli məlumat verib. O bildirib ki, hazırda Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmaq məsələsi ilə əlaqədar qanunvericiliyin təşkilatın tələblərinə uyğunlaşdırılması həyata keçirilir, bu tədbirlər çərçivəsində müəllif hüququ qanunvericiliyinin də tələblərə uyğunlaşdırılması nəzərdə tutulur: “Bununla bağlı bir sıra qanunlara əlavə və dəyişikliklər olub. Azərbaycan Nazirlər Kabinetinin bəzi qərarlarının layihələri hazırlanıb. Müəllif hüquq sahəsində qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılması ilə bağlı əlavə tədbirlər planı tərtib edilib. Bu tədbirlər planında müəlliflik hüququ və əlaqəli hüquqların pozulması ilə əlaqədar iddianın məbləğinin müəyyən edilməsi qaydalarının təsdiqlənməsi barədə Nazirlər Kabinetinin qərar layihəsinin hazırlanması nəzərdə tutulur. Artıq bu qərar layihəsi agentlik tərəfindən hazırlanıb və aidiyyəti qurumlarla razılaşdırılıb. Qərar layihəsində məhkəmələrdə müəlliflik hüququ ilə bağlı iddialara baxarkən iddianın qiymətləndirilməsi, müəllif və hüquq sahibinə dəyən ziyanın müəyyən edilməsi, zərərin ödənilməsi ilə bağlı normalaşdırıcı müddəalar öz əksinin tapıb. İndiyədək belə bir qərar layihəsi yox idi. Bəzən məhkəmələrdə işə baxarkən bir sıra problemlər üzə çıxırdı. Bu, müəllif hüquqlarının müdafiəsi sarıdan aktual sənəd olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR