Bank Of Baku

Müəllif Hüquqları Agentliyi ÜDM-də əqli mülkiyyətə əsaslanan sənayenin xüsusi çəkisinin hesablanması metodikasının layihəsini hazırlayıb

Müəllif Hüquqları Agentliyi ÜDM-də əqli mülkiyyətə əsaslanan sənayenin xüsusi çəkisinin hesablanması metodikasının layihəsini hazırlayıb
# 06 iyun 2011 14:14 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanın Müəllif Hüquqları Agentliyi (MHA) Ümumi Daxili Məhsulda (ÜDM) əqli mülkiyyətə əsaslanan sənayenin xüsusi çəkisinin hesablanması metodikasının layihəsini hazırlayıb. Bu barədə APA-ya məlumat verən agentliyin hüquq şöbəsinin müdiri Xudayat Həsənli bildirib ki, layihə Azərbaycan qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması üzrə tədbirlər planına əsasən hazırlanıb: “Hər bir ölkənin Ümumi Daxili Məhsulunda əqli mülkiyyətə əsaslanan sənayenin xüsusi çəkisi olur. Bu, inkişaf etmiş ölkələrdə 10-12 faizdir. Amerika kimi dövlətlərdə bu göstərici 8-10 faiz arasında müəyyən olunur. MHA tərəfindən aparılan araşdırmalardan sonra məlum olub ki, Azərbaycanın Ümumi Daxil Məhsulunda müəlliflik hüququna və əlaqəli hüquqlara əsaslanan sənayenin payı 3,6 faizdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR