Bank Of Baku

Azərbaycanda ünvanlı sosial yardım layihəsi Dünya Bankının forumunda təqdim olunub

Azərbaycanda ünvanlı sosial yardım layihəsi Dünya Bankının forumunda təqdim olunub
# 06 iyun 2011 15:58 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-ECONOMICS. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) nümayəndələri Dünya Bankının təşkil etdiyi “Aşağı gəlirli ölkələrdə dayanıqlı sosial təminat proqramlarının hazırlanması” mövzusunda Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən beynəlxalq forumda məruzəçi qismində iştirak ediblər.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, “Ünvanlı Sosial Yardım (ÜSY) - Azərbaycanda sosial təhlükəsizlik şəbəkəsinin inkişaf etdirilməsində səmərəli alət” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan nümayəndə heyəti ÜSY-nin yoxsulluğun azaldılmasına yönəldildiyini qeyd edib. Qeyd edək ki, digər ölkələrdə belə proqramlar xarici donorlar hesabına həyata keçirilir.

Dünya Bankı və digər aparıcı maliyyə qurumları Azərbaycanda sosial yardım proqramının çeşidlərinin və ünvanlılıq səviyyəsinin yüksək olmasını, həmçinin ÜSY proqramının xarici donorlardan asılı olmadan dövlət hesabına həyata keçirilməsini təqdirəlayiq sayıblar.

Tədbirdə Azərbaycan nümayəndələri ölkə büdcəsinin sosial yönümlü olması, son 7 ildə əldə olunan nəticələr, makroiqtisadi sabitlik, yeni iş yerlərinin yaradılması və s. barədə, eləcə də son 7 ildə yoxsulluq səviyyəsinin 44,7%-dən 9,1%-ə düşməsini barədə məlumat veriblər.

Qeyd edək ki, forumda müxtəlif ölkələrdən 300-ə yaxın nümayəndə iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR