Bank Of Baku

Zaqatala rayonuna yağan dolu və leysan yağışları bir sıra problemlər yaradıb

Zaqatala rayonuna yağan dolu və leysan yağışları bir sıra problemlər yaradıb
# 07 iyun 2011 08:23 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. Azərbaycanın Zaqatala rayonuna yağan güclü leysan yağışları bir sıra fəsadlar törədib. APA-nın yerli bürosunun verdiyi məlumata görə, son günlər ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür. Son günlər yağışların ən çox düşdüyü Zaqatala rayonunun İcra Hakimiyyətindən verilən məlumata görə, ötən gün axşam saat 18.00 radələrində rayon mərkəzinə, rayonun Yuxarı Tala, Aşağı Tala Göyəm və Böyük Qafqaz dağlarının cənub ətəyinə Zaqataladan keçən hissəsinə qısa müddətli leysan yağışları yağıb, Zaqatala şəhərinə və dağlıq ərazilərə dolu düşüb. Nəticədə Tala çayında suyun səviyyəsi qalxıb, adı çəkilən ərazilərdən axan xırda çaylarda qısa müddətli daşqın olub. Dağ yamaclarına yağan leysan yağışlarının Zaqatala şəhəri ərazisinə axması nəticəsində Sələddin Kazımov, Azərbaycan və Heydər Əliyev prospektlərinin müəyyən hissələrində yol örtüyü dağılıb. Azərbaycan prospekti və Sələddin Kazımov küçəsində bir-sıra evlərin zirzəmilərinə yağış suları dolub. Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Yanğından Mühafizə Hissəsinin texnikasının hesabına zirzəmilər leysan yağışları sularından təmizlənib. Yol örtüyü dağılmış küçələrdə təmizlənmə işləri gedir, küçələrin dağılmış hissəsinə yeni asfalt örtüyü çəkiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR