Bank Of Baku

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanında uğur qazanan 124 namizədlə fərdi söhbət keçiriləcək

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanında uğur qazanan 124 namizədlə fərdi söhbət keçiriləcək
# 07 iyun 2011 09:56 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanında müvəffəqiyyət qazanan 124 namizədlə fərdi qaydada söhbət keçirilməsinə iyunun 17-də başlayacaq. Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qaydalara müvafiq olaraq Ədliyyə Nazirliyinin inzibati binasında keçiriləcək söhbətə dəvət edilən hər bir namizədə söhbətin tarixi və vaxtı barədə əvvəlcədən məlumat çatdırılacaq. Söhbətə gələnlər özləri ilə şəxsiyyət vəsiqələrini də gətirməlidir.

Müsabiqədən uğurla keçmiş namizədlər peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin sonunda keçiriləcək imtahan nəticəsində müvəffəqiyyət qazananların qulluğa qəbul məsələsi həll olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR