Bank Of Baku

Almaniya hökumətinin dəstəyi ilə Azərbaycanda kənd təsərrüfatı sahəsində ixtisaslaşan peşə təhsil mərkəzi yaradılacaq

Almaniya hökumətinin dəstəyi ilə Azərbaycanda kənd təsərrüfatı sahəsində ixtisaslaşan peşə təhsil mərkəzi yaradılacaq
# 07 iyun 2011 09:59 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. “Azərbaycanda Kənd Təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı” layihəsi üzrə Almaniya hökuməti ilə Avropa Komissiyası arasında müqavilə bağlanıb. Bu haqda APA-ya Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov məlumat verib. Onun sözlərinə görə, müqaviləyə əsasən “Azərbaycanda kənd təsərrüfatı sahəsində peşə təlimi islahatı layihəsi” həyata keçiriləcək: ”Layihənin məqsədi kənd təsərrüfatı sahəsində ixtisaslı kadrların hazırlanması, təkmilləşdirilməsi və Azərbaycanda nümunəvi, kənd təsərrüfatı sahəsində ixtisaslaşan peşə təhsil mərkəzinin yaradılmasıdır”.

Şöbə müdiri bildirib ki, təhsil mərkəzinin harada yaradılacağı Almaniya nümayəndə heyətinin Azərbaycana səfəri zamanı məlum olacaq: “Almaniyalı mütəxəssislər bu məqsədlə Azərbaycanda bir neçə müəssisəyə baxış keçirəcək və yekun qərar veriləcək. Çox güman ki, bu mərkəz bölgələrin birində və ya Abşeronda yaradılacaq”.

N. Məmmədov layihənin icrasına sentyabrda start veriləcəyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR