Bank Of Baku

Aramsız leysan yağışlarından sonra şimal bölgəsindəki dağ çaylarında suyun səviyyəsi xeyli artıb

Aramsız leysan yağışlarından sonra şimal bölgəsindəki dağ çaylarında suyun səviyyəsi xeyli artıb
# 07 iyun 2011 09:59 (UTC +04:00)
Quba. Zaur Quliyev – APA. Son vaxtlar şimal rayonlarına aramsız yağan leysan yağışlarından sonra bu bölgədəki dağ çaylarında suyun səviyyəsi xeyli çoxalıb. Quba Regional Hidrometeorologiya Müəssisəsinin direktor müavini Aliyə Ələkbərovanın APA-nın şimal bürosuna verdiyi məlumata görə, sululuğun artımı daha çox Vəlvələçay, Qudyalçay və Qusarçayında müşahidə olunub. Bu çaylarda sululuq ongünlük normanın 100-120 faizini təşkil edib. Güclü yağıntılarla əlaqədar çaylarda əmələ gələn sel suları sahilboyu ərazilərdə yerləşən Rük, Qonaqkənd, Vəlvələ, Qaraçay, Kuzun, Həsənqala, Balaqusar və s. kəndlər üçün ciddi problemlər yaradıb. Hidrometeoroloqlar isə yağıntılı hava şəraitinin hələ bir müddət də davam edəcəyini bildirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR