Bank Of Baku

Orta məktəblərdə növbəti buraxılış imtahanları keçirilib

Orta məktəblərdə növbəti buraxılış imtahanları keçirilib
# 07 iyun 2011 10:14 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Azərbaycanın orta məktəblərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə Təhsil Nazirliyi tərəfindən 11-ci sinif şagirdləri üçün keçirilən növbəti buraxılış imtahanları başa çatıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahanlar Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonlarındakı orta məktəblərdə aparılıb.
9-cu sinif şagirdləri üçün isə həmin rayonlarda buraxılış imtahanları bu gün saat 15-00-da başlayacaq və 1 saat yarım davam edəcək.
İmtahanların nəticələri iyunun 20-dən sonra açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR