Bank Of Baku

Koreyanın “Eximbank”ının nümayəndələri Azərbaycana gəlib

Koreyanın “Eximbank”ının nümayəndələri Azərbaycana gəlib
# 07 iyun 2011 10:19 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycan hökuməti ilə Cənubi Koreyanın “Daewoo” şirkətinin arasında Bakıda Texniki Peşə Tədris Mərkəzinin yaradılması ilə bağlı layihə üzrə müzakirələr davam edir. Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədovun APA-ya verdiyi məlumata görə, hazırda layihənin həyata keçirilməsi üçün kredit məsələlərinə baxılır: “Bu məqsədlə Koreya “Eximbank”ının nümayəndələri Azərbaycandadır. Bankın mütəxəssisləri son dəqiqləşmələr aparırlar. Onlar şərtləri dəqiqləşdirərək Koreya hökumətinə məlumat verəcəklər. Bundan sonra sövdələşmə detalları müzakirə olunacaq və müqavilə Azərbaycan hökumətinə təqdim olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR