Bank Of Baku

Yaponiya səfiri Göyçayda səhiyyə ocağının açılışında iştirak edib

Yaponiya səfiri Göyçayda səhiyyə ocağının açılışında iştirak edib
# 07 iyun 2011 12:16 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov - APA. Göyçay rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib. APA-nın Şirvan bürosunun xəbərinə görə, binanın açılış mərasimində Yaponiyanın Azərbaycandakı səfiri Susuki Vatanabe, millət vəkili Ceyhun Osmanlı, rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov çıxış ediblər.

Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant layihəsi çərçivəsində 5 ay ərzində əsaslı təmir olunan tibb ocağına Səhiyyə Nazirliyi tərəfindən müasir avadanlıqlar verilib. Ümumi sahəsi 400 kvadratmetr olan və 20 otaqdan ibarət səhiyyə ocağında təmir-bərpa işləri zamanı binanın dam örtüyü və su-kanalizasiya sistemi də yenidən qurulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR