Bank Of Baku

Türkiyə universitetlərinin magistratura səviyyəsinə Azərbaycan vətəndaşlarının ərizə qəbulunun vaxtı uzadılıb

Türkiyə universitetlərinin magistratura səviyyəsinə Azərbaycan vətəndaşlarının ərizə qəbulunun vaxtı uzadılıb
# 07 iyun 2011 12:30 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən APA-ya verilən məlumat görə, Türkiyə universitetlərinin magistraturasına Azərbaycanın ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsini bitirmiş və ya cari ildə bakalavriatura səviyyəsinin sonuncu kursunda təhsil alan, 2011-cu il yanvarın 1-nə yaşı 27-yə çatmamış, bakalavr pilləsi üzrə orta balı 5 ballıq qiymət şkalasında 4-dən (100 ballıq şkalada - 70-dən) aşağı olmayan, bu il fevralın 20-də keçirilmiş ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsindəki nəticəsi minimal tələbi ödəyən Azərbaycan vətəndaşları qəbul oluna bilərlər. Magistratura səviyyəsinin tələbəsi və ya məzunu olan, həmçinin hərbi xidmətdən möhləti olmayan şəxslər bu hüquqa malik deyillər.
Bakalavrlar Türkiyə Respublikası universitetlərinin magistraturasına qəbulda iştirak etmək üçün tələb olunan doldurulmuş ərizə formasını, şəxsiyyət vəsiqəsini, “Bakalavr haqqında arayış”ı və hərbi xidmətdən möhlət haqqında sənədi iyunun 14-dək TQDK_da təşkil olunmuş Sənəd Qəbulu Komissiyasına (SQK-ya) təqdim edib qeydiyyatdan keçməlidirlər.

Ərizə qəbulu başa çatdıqdan sonra Türkiyənin Azərbaycandakı səfirliyi və TQDK-nın təmsil olunduğu Qəbul (seçmə) komissiyası tərəfindən keçirilən müsabiqəyə əsasən Türkiyə universitetlərinin magistraturasına Azərbaycanın ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsini bitirmiş vətəndaşların qəbulu aparılacaq. Türkiyə universitetlərinin magistraturasında təhsil almaq hüququ qazanan Azərbaycan vətəndaşları qəbulun nəticələri elan olunduqdan sonra üç gün ərzində Təhsil Nazirliyində qeydiyyatdan keçməlidirlər.
Türkiyə Respublikasının universitetlərinin magistraturasına qəbul olunanlar bir tədris ili ərzində Türkiyədə hazırlıq kursu keçdikdən sonra orada təşkil olunacaq buraxılış-qəbul imtahanlarını müvəffəqiyyətlə verdikləri təqdirdə seçdikləri ixtisaslara uyğun olaraq Türkiyə Respublikası Yüksək Öyrətim Kurulu tərəfindən universitetlərə yerləşdiriləcəklər.
Azərbaycan vətəndaşları Türkiyə universitetlərinin magistraturasına qəbul olunduqları təqdirdə 2011-2012-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarına keçirilən qəbul imtahanında iştirak etmək hüququnu itirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR